Cümə axşamı, 16 May

"Onları Türkiyə PUA-ları ilə vuracağıq" - Daha bir ölkə "Bayraktar" alır

image

Mərakeş, Əlcəzair, Ruanda və Nigeriyadan sonra Afrikanın daha bir ölkəsi "Bayraktar TB2"lərini alacaq. Niger də Türkiyənin SİHA və zirehli texnikası ilə Əl-Qaidə və İŞİD kimi təşkilatlara qarşı mübarizə aparacaq.

Xəbər verilir ki, Türkiyə Nigerə "Bayraktar TB2" PUA-ları, təlim təyyarəsi HÜRKUŞ və zirehli texnika satmaq üçün razılığa gəlib.

Nigerin qonşu ölkə Malidən gəlib hücumlar həyata keçirən İŞİD terrorçularına qarşı PUA, təlim təyyarələri və zirehli maşınlardan istifadə edəcəyi gözlənilir.

Prezident Rəcəb Tayyib Ərdoğanın Niger prezidenti Məhəmməd Bazumla telefon danışığı zamanı bu ölkə ilə müdafiə sənayesi tenderləri ön plana çıxıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin bir gün əvvəl verdiyi açıqlamada sözügedən görüşdə Türkiyə-Niger münasibətləri və regional məsələlərin müzakirə edildiyini, prezident Ərdoğan isə Nigerin Türkiyədən tədarük edəcəyi TB2 PUA, HÜRKUŞ və zirehli texnikanın artacağını bildirib.

Fransanın AFP xəbər agentliyinə danışan Nigeriya rəsmiləri ölkənin Türkiyədən PUA, təlim təyyarələri və zirehli maşınlar almaq planlarını təsdiqləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00